Danimarkada islam

Kopenhagendəki Böyük Kopenhagen Məscidi Danimarkanın ən böyük məscidlərindən biridir.

Danimarkada islam — ölkədəki dinlərdən biridir.[1] ABŞ Dövlət Departamentinin məlumatına görə, Danimarka əhalisinin təxminən 3,7%-ni müsəlmanlar təşkil edir. Digər mənbələr, o cümlədən Danimarka Xarici İşlər Nazirliyi, daha aşağı rəqəmlər verir.[2][3][4]. BBC-nin məlumatına görə, Danimarkada təxminən 270.000 müsəlman yaşayır[5]. 1970-ci illərdə Türkiyə, Pakistan, Mərakeş və keçmiş Yuqoslaviyadan insanlar iş dalınca Danimarkaya gəlirdilər. 1980–90-cı illərdə müsəlmanların əksəriyyəti İran, İraq, SomaliBosniyadan olan qaçqınlar idi. Danimarkadakı müsəlmanlar arasında etnik danimarkalılar da var. Mütəxəssislərin fikrincə, Danimarkada 2800-ə yaxın müsəlman yaşayır və bu rəqəm hər il təxminən 70 nəfər artır[6]. Müqayisə üçün qeyd edək ki, 2000–2004-cü illər arasında 300-dən çox danimarkalı islam dinini buraxaraq xristianlığı qəbul edib[7].

  1. "2010 Report on International Religious Freedom - Denmark". United States Department of State. 2010-11-17. 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  2. "Visiting Denmark". islam.dk. 2001-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-24.
  3. www.um.dk
  4. "Denmark at CIA – The World Factbook". The World Factbook. 2015-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-01.
  5. "Muslims in Europe: Country guide". BBC News. 2005-12-23. 2009-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
  6. euro-islam.info Arxivləşdirilib 2013-12-27 at the Wayback Machine 2010.02.21
  7. "Fra Muhammed til Petrus". 2013-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-14.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search